Miri Yusiflə Röya Ayxan Sevgililər günündə TUFAN QOPARDI - FOTO/VİDEO

Miri Yusiflə Röya Ayxan Sevgililər günündə TUFAN QOPARDI - FOTO/VİDEO
10:23 15 Fevral 2019
157 Şou
Ölkə mətbuatı
A- A+

14 Fevralda Elektra Hall səhnəsində sözün əsl mənasında fırtına qoparan Əməkdar artistlər - Miri Yusif və Röya Ayxan pərəstişkarlarına unudulmaz gecə yaşadıb.

Publika.az xəbər verir ki, tamaşaçılarla ifaçılar arasındakı qarşılıqlı və güclü enerji və məhəbbət mübadiləsi gecə boyu davam edib. Özlərinə bənzəyən çılğın pərəstişkar ordusu demək olar ki, bütün mahnıları ulduzlarla birağızdan həm oxuyub, həm də doyunca rəqs edib. Pərəstiş etdiyin ifaçılardan sənin üçün daha gözəl hədiyyə payı nə olar bilər ki?

Sevgililər günündə sevgidən oxuyan Röya Ayxan qonaqları bu özəl gün münasibəti ilə təbrik edib. O, bildirib ki, bu günü səhnədə sevənləri ilə birlikdə qeyd etməkdən çox məmnundur. Daha sonra ifaçı xanımlara məsləhət verib ki, birinci növbədə özlərini sevsinlər və hörmətli olsunlar.

Gecə ərzində yeni mahnıları ilə yanaşı, köhnə kompozisiyalarını səsləndirən məşhurların bütün çıxışları, xüsusilə duetləri gurultulu alqış sədaları altında davam edib. Yorulmadan ulduzlarını alqış atəşinə tutan qonaqlar enerjili çıxışlar sayəsində bütün stresslərini üzərlərindən ata bilib. Möhtəşəm konsertə sevgililəri ilə birlikdə gələn cütlüklərin romantik mahnıların sədaları altında tərəf müqabillərinə olan sevgi etirafları isə təsirli görüntülərlə yadda qalıb. Bir sözlə, müğənnilərin mahnılarından toplanmış güclü energetika və emosiyalar həm səhnədə, həm də zalda hökm sürən sevgi atəşini daha da alovlanırıb.

Konsertdən əvvəl jurnalistlərə açıqlama verən Röya Ayxan qalmaqallı fikirlər səsləndirib. Bu yaxınlarda Aygün Kazımova ilə barışdığını deyən ulduz Xalq artistinin bir neçə il "Crystal hall"da verdiyi səhnə performanslarına söz atıb:

“"Crystal hall"da konsert verməyə hazırlaşıram. Divanda kimsə məni ora-bura aparmayacaq, ya da yaxud ipdən sallanmaq fikrim yoxdur”.

Konsertin sonlarına yaxın tamaşaçıların onu qaldırdığı nirvananı tərk etmək istəməyən Miri Yusif ruh əkizlərinə şad xəbər verib:

"Hər birinizə təşəkkür edirəm, əziz ruh əkizlərim! Sizə kiçik bir sirr açım, sizdən bir dənədir! Növbəti görüşümüz haqqında isə yaxın günlərdə sizə ətraflı məlumatı verəcəyəm, bilirəm darıxmısınız, elə mən də! Növbəti üç günlük konsertdə görüşənədək!"

Təkrarlar olunmaz çıxışları ilə yadda qalan əməkdar artistlər konsert üçün hazırladıqları xüsusi səhnə geyimləri ilə diqqət çəkib. Gecə üçün qara kostyum və büstqalter seçən Röya Ayxan obrazını kəpənək qalstukla vurğulayıb. Ulduzun dərin sinə dekoltesinə üstünlük verməsinə baxmayaraq, sevgidən bəhs edən ifaları qonaqlara daha dərin təsir edib. Miri Yusif isə səhnəyə arxasında qızılı qaşlarla adının baş hərfləri yazılmış pencəkdə çıxıb. Azərbaycan səhnəsinin xarizmatik artisti səhnə obrazını dəri əlcəklərlə tamamlayıb.

Aytən Məftun

Foto: Ramin Aslan


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/269673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR