Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir

Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
19:03 15 Fevral 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi zamanı verdiyi mesajlar Azərbaycanın öz inkişaf və tərəqqi yolunda qətiyyətli olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycanlı olaraq fəxr edirik ki, bizim dövlətimiz bundan sonra da kənar təsirlərlə yox, məhz öz gücü və iradəsi ilə idarə olunacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Əttar deyib.

Azərbaycanın bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdıran professor deyib: “Azərbaycan coğrafi baxımdan həssas bir bölgədə yerləşir. Tarixin bütün dövrlərində böyük qüvvələr Qafqazdakı maraqlarını təmin etmək üçün Azərbaycana xüsusi prizmadan yanaşıblar. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra böyük müdrikliklə tarazlaşdırılmış siyasi kurs müəyyən etdi. Prezident İlham Əliyev isə bu siyasəti daha modern bir formada həyata keçirməyə başladı. Dövlət başçısının Real televiziyasına müsahibəsində bir daha əmin olduq ki, Azərbaycan öz müstəqilliyini qorumaq üçün böyük gücə malikdir. Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi, o cümlədən ölkə rəhbərinin vətəndaşlarla səmimi münasibəti təşkil edir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR