Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampla görüşə hazırlaşır.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Kim Çen İn zirvə görüşü üçün Vyetnama səfər edib. Onun səfəri 48 saat davam edəcək və Şimali Koreya lideri şəxsi qatarı ilə səyahətə çıxmağı daha üstün tutub. Kim Çen İn dünən axşam saatlarında Çin sərhədini keçib.

ABŞ prezidenti Donald Trampın Kim Çen İnlə ikinci zirvə görüşü 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək.

Milli.Az