“Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Qumbaşı kənd tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Sübhi Rəcəbov, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sübhi Rəcəbov çıxışında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının vacibliyinə diqqət çəkib. C.Axundzadə gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyətini qeyd edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında dövlətin yeniyetmə və gənclərin yüksək təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün gördüyü işlərdən danışıb. Z.İsmayılov gənclərə zərərli vərdişlərə və erkən nikahlara qarşı qətiyyətli olmalarını tövsiyə edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm, erkən nikah və onların fəsadları haqqında məlumat verərək gənclərin bu baxımdan diqqətli olmalarının vacibliyini vurğulayıb. Natiq milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə və erkən nikaha qarşı mübarizədə effektivliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR