“Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Yuxarı Nüvədi kənd tam orta məktəbində “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru İlhamə Orucova, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlhamə Orucova çıxışında keçirilən maarifləndirici tədbirlərin gənclərimizin milli-mənəvi tərbiyəsinin formalaşmasında rolundan danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu və ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işləri qeyd edib.

Natiq bu baxımdan gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq hüquqlarının İnsan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq onların vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə çıxışında şagirdlər arasında mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR