Senatorlardan Trampa ŞOK ÇAĞIRIŞ: Şimali Koreyaya qarşı...

Senatorlardan Trampa ŞOK ÇAĞIRIŞ: Şimali Koreyaya qarşı...
07:53 19 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Amerika senatorları Qori Qardner və Ed Marki ABŞ prezidenti Donald Tramp administrasiyasını Şimali Koreyaya qarşı sanksiyaları gücləndirməyə çağırıblar.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, senatorlar ABŞ-ın dövlət katibi Mayk Pompeo və ölkənin maliyyə naziri Stiven Mnuçina bununla bağlı məktub göndəriblər. Qardner və Marki hesab edirlər ki, Koreya Xalq Demokratik Respublikası barəsində yeni sanksiyaların tətbiqi templəri əhəmiyyətli dərəcədə yavaşıyıb.

Eyni zamanda, senatorlar Şimali Koreyanın denuklearizasiyası üzrə ABŞ hökumətinin diplomatik səylərini alqışlayıblar.

Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçının müavini Tsoy Son Xi bildirib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında ABŞ tələblərinə güzəştə getmək niyyətində deyil.

Sülh danışıqlarına son qoyacaq bəyanat: BÖYÜK MÜHARİBƏ YAXINLAŞIR


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/273129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR