"Məni İnstaqram-da təhqir etdilər. Mən təhqir olunası insan deyiləm".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elvin Abdullayev "Səhər-səhər" verilişində deyib. İfaçı sosial şəbəkədə ünvanına nalayiq sözlər yazan izləyicini polisə verib:
"Bütün günü efirdəsən, sosiallaşman normaldır. Heç etmədiyim halda mənə söyüş söyüb. Kimləsə işi olan adam deyiləm. Onu polisə şikayət etdim. Məlim oldu ki, Şərurda yaşayır.
Onu bölməyə çağırdılar. Mənə dedilər, nə edək? Dedim, buraxın getsin. Zəng vurdum ki, mənimlə problemin nədir, niyə söyersən? Başladı and içdi ki, başqa məşhura yazırdım, səhv düşdü. Üzr istədi, mən də heç nə etmədim".
Milli.Az