Fransız rejissor, sənədli filmlər müəllifi və ssenariçi Anyes Varda 90 yaşında vəfat edib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, xərçəng xəstəsi olan tanınmış rejissor evində keçinib.

A.Varda 1950-ci illər kinematoqraında fransız "Yeni dalğa"sının müəlliflərindən biri sayılır. O, "Kleo 5-dən 7-dək", "Səadət", "Nantdan olan Jako", "Damsız, qanundan kənar", "Yığanlar və yığıcı qadın", "Vyetnamdan uzaqda" bədii filmlərini çəkib. O, Bernardo Bertoluççinin "Parisdə son tanko" filminin ssenari müəlliflərindən biridir.

2017-ci ildə Anyes Varda kinematoqrafa xidmətinə görə fəxri "Oskar" mükafatı almışdı.

Milli.Az