ABŞ-da nazir vəzifəsini tərk edib

ABŞ-da nazir vəzifəsini tərk edib
08:22 8 Aprel 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen vəzifəsini tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nilsen bu barədə özü prezident Donald Trampa müraciət edib.

Tramp öz növbəsində bildirib ki, nazirin vəzifələrini müvəqqəti olaraq Kevin Makalinan yerinə yetirəcək. "Daxili təhlükəsizlik naziri Kirsten Nilsen öz postunu tərk edir, xidmətinə görə ona təşəkkürümü bildirmək istərdim", - deyə Tramp "Tvitter" özünün səhifəsində yazıb.

Qeyd edək ki, Kevin Makalinan ABŞ-ın hazırki gömrük-sərhəd xidmətinin rəhbəridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR