Yerə meteroit düşdü -

Rusiyanın Samara şəhərində göydə müşahidə olunan alışma videoya düşüb.

Metbuat.az RİA Novosti-ya istinadən xəbər verir ki, video sosial şəbəkələrdən birində yerləşdirilib.

Samara sakinləri parlaq işıq gördüklərini, sonra partlayışa bənzəyən güclü səs eşitdiklərini bildiriblər.
Yerli astronomiya həvəskarları meteorit düşdüyünü ehtimal edirlər.

Samara vilayəti üzrə FHN-dən isə bildirilib ki, dünən gecə güclü səs bölgənin mərkəzi və cənub zonalarında eşidilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR