Dünyanın ən güclü orduları... -

Bir ölkənin siyasi iqtisadi nüfuzu ilə bərabər ordusunun gücü onun siyasi arenada yerini müəyyən edir. Hər il milyonlarla xərc çəkilərək saxlanılan ordular həmdə böyük bir söz sahibi olmaq deməkdir.

Global Fire Power 2018-2019-сu ildə dünyanın ilk 10 ən güclü ordusunun siyahısını açıqlayıb. Bu siyahı hazırlanarkən orduya ayrılan vəsait əsgər sayı və s. kimi əsas meyarlar nəzərə alınıb.

Metbuat.az həmin siyahını təqdim edir:

Siyahıya ayırdığı 689 milyard dollar vəsait, 1,5 milyon əsgər sayı ilə Amerika Birləşmiş Ştatları başçılıq edir. Sonrakı yerləri sıra ilə Rusiya, Çin, Hindistan, İngiltərə, Fransa, Almanya, Cənubi Koreya, İtaliya və Braziliya tutur. Xatırladaq ki, Suriya və İraqda apardığı bir çox uğurlu əməliyyatları ilə nüfuz qazanan Türkiyə bu siyahıda yer almayıb.

Günay İlqarqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR