AQTA:

Qida Təhlükəsizliyi Agentliliyi tərəfindən küçələrdə, yol kənarlarında anti-sanitar şəraitdə heyvan kəsiminin qarşısının alınması üçün mütəmadi olaraq bu cür heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıqlar edilir və yol kənarlarında quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra strukturlarının nümayəndələri tərəfindən sökülür.

Bu barədə AQTA-nın mətbuat katibi Aysel Fərziyeva Metbuat.az-a açıqlama verib.

Agentlik və aidiyyəti qurumlar tərəfindən dəfələrlə qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıqların olunmasına baxmayaraq, hələ də bir sıra küçə və məhəllələrdə, yol kənarlarında anti-sanitar şəraitdə heyvan kəsimi fəaliyyətinə rast gəlinir.

Hazırda bu sahədəki mövcud nöqsanların qısa zamanda aradan qaldırılması üçün Agentlik tərəfindən qanunsuz heyvan kəsimi yerlərinin siyahısı hazırlanaraq müvafiq icra strukturlarına, hüquq-mühafizə orqanlarına göndərilir.

Qeyd edək ki, Agentlik bu sahədə nəzarət və tənzimləmə funksiyasını həyata keçirir. Qurum tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində aşkarlanan nöqsanlarının aradan qaldırılması daim nəzarətdə saxlanılır.

Agentlik bir daha vətəndaşları yol kənarlarında anti-sanitar şəraitdə və heç bir baytarlıq müayinəsi aparılmadan kəsilən heyvan məhsullarından istifadə etməməyə çağırır. Bildirilir ki, qida sahəsində qanunsuz fəaliyyət göstərən hər bir sahibkar qanunvericiliyin tələbləri çərçivəsində məsuliyyət daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR