Argentina Cənubi Amerika Millətləri İttifaqından çıxıb

Argentina Cənubi Amerika Millətləri İttifaqından çıxıb
05:02 13 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Argentina Cənubi Amerika Millətləri İttifaqının (CAMİ) gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Argentina bu gün CAMİ-nin təsis olunması haqqında Müqaviləni ləğv edib", - deyə bəyanatda bildirilir.
Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Quruma üzvlüyü Braziliya və Çili də dayandırıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/argentina-cenubi-amerika-milletleri-i-ttifaqindan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR