"Bir qatarın istismar müddəti 31 ildir. 31 ili tamam olandan sonra qatar həmin gün artıq xəttən çıxarılır və bir daha işləmir. Bu il də belə 6 qatar xəttən çıxarılacaq" .

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidməti rəisi Kamran İsmayılov bildirib.

Onun sözlərinə görə, bunun əvəzində Moskvadan yeni 765 tipli ən müasir tipli 6 yeni qatar, yəni 30 vaqon alınacaq.

Qeyd edək ki, 1 qatar 5 vaqondan ibarətdir.

Günay Elşadqızı / METBUAT.AZ