Bu ölkədə 37 nəfər edam edildi

Bu ölkədə 37 nəfər edam edildi
22:08 23 Aprel 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında krallığın terrorçuluqda ittiham olunan 37 vətəndaşı haqqında çıxarılan ölüm hökmü icra edilib.

Publika.az xəbər verir ki, bu məlumat ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb.

Qeyd olunub ki, müttəhimlər ekstremist ideyaların həyata keçirilməsində, sabitliyin pozulması üçün terrorçu yuvalarının yaradılmasında, dinlərarası ədavətin qızışdırılmasında, ölkədəki sabitliyə və təhlükəsizliyə xələl gətirməkdə təqsirli biliniblər. Onlar, həmçinin partlayıcı qurğulardan istifadə etməklə güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını qətlə yetirməkdə ittiham ediliblər.

Edam ölkənin altı şəhərində - Ər-Riyad, Məkkə, Mədinə, Şarkiyə, Kasim və Asirədə yerinə yetirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/276537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR