"Reno"nun pilotu: Bakı Qran-prisi hər il daha da maraqlı olur

"Reno"nun pilotu: Bakı Qran-prisi hər il daha da maraqlı olur
05:17 24 Aprel 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı maraqlı yerdir və hiss edirəm ki, o, adi "Grand Prix"lərdən fərqlənir. Azərbaycandakı marşrut istənilən küçə marşrutundan fərqlidir, çünki hər şey bir-birinə, hətta otelə və qutulara da yaxındır".
"Report" xəbər verir ki, bunu "Reno"nun pilotu Niko Hülkenberq qarşıdakı istirahət günlərində Azərbaycanda keçiriləcək Qran-pri barədə fikir bildirərkən deyib.
"Köhnə evlər, qəsrlər və döşənmiş küçələri izləmək çox gözəldir. Yarış da ildən-ilə daha da maraqlı hala gəlir. Son iki mövsümdə mənim o qədər də bəxtim gətirmədi, amma hər zaman istənilən fürsətdən faydalanmaq üçün lazımi zamanda lazımi yerdə olmaq lazımdır", - deyə "Reno"nun mətbuat xidməti pilotun sözlərini sitat gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/reno-nun-pilotu-baki-qran-prisi-her-il-daha-da-maraqli-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR