Əməkdar artist Röya Ayxan illər öncə atası və anasının boşandığını bildirmişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin atası Yaqub Nəcəfov sosial şəbəkədə illər sonra eks-həyat yoldaşı Telli ilə fotosunu paylaşıb.

O, şəklinə "Allah xeyir versin" rəyini yazıb.

Qeyd edək ki, eks-cütlüyün Röyadan başqa Ayxan və İsmayıl adlı əkiz oğlu, Rüsalə adlı qızları var.

Milli.Az