Müğənni Afət Fərmanqızı yeni videogörüntüsü ilə yenə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Rusiyada toy məclisinə qatılan müğənnini “pul yağışına” tutublar.
Buna səbəb isə Nəsiminin “Pəncu Şeş” qəzəlinə oxuduğu mahnısını ifa etməsi olub. Mü\ənni görüntüləri öz şəxsi sosial şəbəkəsində paylaşıb.
Hətda ifaçı videoya qeyri-adi açıqlama da yazıb:
“Ürəyi zəif olanlar üçün. Səhər ac qarnına iki dəfə. Ürəyin ritmini qaydaya salır”.
Video İnstagram izləyiciləri tərəfindən maraqla qarşılansa da, izləyəcilərdən narazı olanlarda tapılıb.
“Siz böyük müğənni olsaydınız, imkan verməzdiniz o pulları ayaq altına səpsinlər. Onun üçün Nəsimidən oxumaq yox, Nəsimini oxumaq lazım idi.“-deyə fikir bildirənlərdə olub.
Xatırladaq ki, Nəsiminin “Pəncü Şeş” qəzəlini hind musiqisi üzərində oxuyan müğənni bir müddət öncə tənqid edilmişdi.