"Dünən Formula 1 Azərbaycan Qran prisində Formula 2-nin test yürüşləri zamanı yoldakı lyuklardan birində tərpənmə baş verdi. Biz hadisədən dərhal sonra bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mütəxəssisləri ilə müzakirə etdik. Bir onun niyə baş verdiyini yox, bir daha baş verməməsini müzakirə etdik. Bakı Şəhər Halqası şəhər trekidir. Siz digər şəhər treklərində də belə hadisələrin şahidi ola bilərsiz".
Milli Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin rəhbəri Tom Buçer bildirib.
Onun sözlərinə görə, dünəndən bəri FIA-nın nümayəndələri ilə birgə hadisə ilə bağlı 3 yığıncaq keçirilib: "Yalnız trekdəki hər bir lyukun yenidən açılıb bağlanmasından sonra yarışın yenidən davam etdirilməsinə icazə verildi. FIA-nın rəsmiləri trekin yenidən yoxlanılması ilə bağlı cəhdlərimizi yüksək qiymətləndirdilər. Biz 16 saat ərzində təhlükəsizliyə dair digər məsələləri nəzərdən keçirdik. Beləliklə, kiçik bir hadisənin böyük bir yarışın nüfuzunu şubhə altına qoymasının qarşısı alındı".
T.Bucerin dediyinə görə, bu il ilk dəfə olaraq Vyetnamda da Formula 1 Qran prisində keçiriləcək. Onun sözlərinə görə, orada da şəhər treki olduğundan Bakıdakı təhlükəsizlik tədbirləri onlar üçün bir nümunə olacaq.
T.Buçer əlavə edib ki, ümumilikdə FIA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur, pilotlardan da bu vaxta kim heç bir bununla bağlı narazılıq etməyib: "Bakı Şəhər Halqası treki də asfalt qatı qənaətbəxşdir. Asfalt 4il bundan əvvəlki kimi olmasa da, FIA-nın hər hansı iradı yoxdur. Pilotlar da narazılıq etməyiblər. Əgər dövlət tərəfindən başqa tədbirlər nəzərdə tutulmayıbsa, növbəti illərdə də onu qorumağa çalışacağıq".
İlkin İzzət
Milli.Az