Sayğaclar nə səbəbə oğurlanır? – VİDEO - FOTO

Son zamanlar Bakıda və şəhərətrafı qəsəbələrdə fərdi evlərdən sayğacların oğurlanması halları artıb. Sonuncu belə hal paytaxtın yasamal rayonu, inşaatçılar prospekti bina 1 ünvanında baş verib.

Metbuat.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sədaqət Nəcəfova - Paytaxt sakini: "3-ün də bağlayıblar. Sayğacları da aparıblar. Qalmışıq susuz".

Sayğacların quraşdırılması, qeydiyyata alınması aidiyyatı dövlət qurumlarının səlahiyyətində olduğundan, sayğacların kənar işlərdə istifadəsi mümkün deyil. Bəs maraqlıdır, bu sayğacları niyə və hansı məqsədlə oğurlayırlar?

Nüsrət Qasımov - Ekspert: "Oğru başa düşmür ki, sayğaclar hamısı nömrə ilədir. sata bilməz, metalloma verə bilməz. Özü işlədə bilməz. Çünki o komputerdə oturub, o saat tapacaqlar ki, bu kimdədir. Sayğacların içində heç bir şey yoxdur. Dişli çarxlardır və bir də dəmir qəfəsdi.O da heç bir kilo deyil. Ondan heçnə əldə etmək, qazanmaq olmaz".

Əksər yerlərdə, xüsusən bina evlərində sayğaclar mənzildən bayırda olur. Belə olan halda mənzil sahibinin sayğaca nəzarət etmək imkanı olmur. Belə də istənilən şəxs və ya şəxslər istədiyi vaxt sayğaca müdaxilə edə və ya oğurlaya bilər

Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: "Nəzərə alaq ki, həmin o yaşayış binasına daxil olan blokun qapısı da bəzən yoxdur, sutka ərzində açıq olur. yəni kodlaşmış qapılar deyil. Və bunun üçün təbii ki, oğurluq halları olur. oğurluq hallarının qarşısını almaq üçün birinci növbədə əgər vətəndaş razılıq verirsə, sayğac onun evində quraşdırılsın".

Oğurlanan sayğacların yenisi ilə əvəzlənməsinə gəldikdə isə Azərsu ASC-dən bildirildi ki, bəzi evlərdə bu Azərsunun hesabına, bəzilərində isə vətəndaşların öz hesabına təmin edilir. Həyət evlərində sayğacın işlək olmasına, yenilənməsinə vətəndaşlar, binaların pilləkan qəfəslərində isə Azərsu ASC məsuliyyət daşıyır. Azərqaz İB-dən isə bildirildi ki, sayğaca müdaxilə və ya oğurluq halı baş verərsə, dəymiş ziyanın hesablanması məhkəmə qərarı olmadan həyata keçirilmir.

İbrahim Kərbalayev - Azəriqaz İb-ın Mətbuat Katibi: "Sayğacda hər hansı bir qüsur baş verərsə, labaratoriyanın rəyinə uyğun olaraq yalnız məhkəmə qərarı qətnamə çıxarıldıqdan sonra dəymiş ziyanın tələb olunması tərəfimizdən həyata keçirilir".

Sayğaca müdaxilə və ya oğurluq halı ilə qarşılan vətəndaşların aiddiyatı qurumlarla yanaşı, hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyyə edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR