Alimlər 10 il sonra 340 metr böyüklükdəki asteroidin Dünyanın 31 min kilometr yaxınlığından keçəcəyini bildirib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Massaçusets Texnologiya Universitetindən alim Riçard Binzel məlumat verib. O bildirb ki, "Apofis" adlı astreoid 2029-cu il aprelin 13-də Dünyaya yaxın məsafədən keçəcək. Binzel qeyd edib ki, bu böyüklükdəki cismin dünyaya yaxınlaşması min ildə bir görüləcək hadisədir və bunu mütləq dəyərləndirmək lazımdır.
Binzel asteroidin dünyayla toqquşma ehtimalının olmadığını bildirib.
