Netanyahu:

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, baş nazir bunu terror qurbanlarının xatirəsinin anma mərasimi zamanı deyib.

Qeyd edək ki, bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb.

Bəyanatda deyilir ki, İran bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq.

Əlavə olunur ki, İranın hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəliyi olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR