Masallıda evdə yanğın olub

13:42 12 May 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 13:40 ]


Bakı - APA. Masallı rayonunda evdə yanğın olub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunun Təzəkənd kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin bir otağı və dəhlizinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR