ARB TV-nin “Elgizlə İzlə” verilişinin qonağı müğənni Samirə Yusifqızı olub.

Metbuat.az xəbər verir ki, ifaçı canlı yayımda evlənməkdən vaz keçdiklərini bildirib:

“Bu məsələ çox ictimailəşdi. O insan da çox əsəbiləşdi. Dedi ki, məni indidən belə bütün sosial şəbəkələrdə reklam obyektinə çevirmisən! Bu işin sabahı necə olacaq?! Qorxub dala çəkildi. Mən də dedim ki, sənə yaxşı yol”.