Bakı. Trend:

Vyetnamda məhkəmələr bir gün ərzində 11 nəfər barəsində ölüm hökmü verib.

Trend-in məlumatına görə, onlar narkotik vasitələrin yayılmasında təqsirli bilinir.

Daha 3 narkotik taciri ömürlük həbs cəzasına məhkum edilib.

Hoşimin şəhərində isə məhkəmə ölkəyə heroin və digər ağır narkotik maddələr keçirən dəstənin 8 üzvünü ölüm cəzasına məhkum edib. Daha bir nəfər ömürlük həbs olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin