Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb
09:47 15 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.
“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının birgə keçirdikləri əməliyyat-axtarış tərbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü İ.Zaranovdan 222 qram metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 125 qram “Tramadol” və 0,65 qram metamfetamin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-2-sexsden-kulli-miqdarda-narkotik-vasite-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR