Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Grant Thornton” şirkətinin birgə təşkilatçılığı ilə xarici hesablar üzrə vergi tələblərinə riayət haqqında qanun (FATCA) mövzusunda seminar keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, AMB-də keçirilən seminarın məqsədi FATCA-nın əsas prinsiplərinin təqdimatı, praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də yaranan sualların müzakirəsi olub.
Vergilər Nazirliyi və Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarda FATCA üzrə xarici maliyyə institutlarına dair tələblər, dövlətlərarası sazişlərin əsas prinsipləri, qanunun tətbiqi üzrə beynəlxalq təcrübə, həmçinin FATCA-nın Azərbaycan bank sektoruna təsiri və icrası məsələləri əhatə edilib.