ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb

ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb
07:22 18 Oktyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da elektron siqaretlə bağlı ("veypinq" - red) xəstəliklərlə əlaqədar ölüm hadisələrinin sayı 30-u ötüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hökuməti yanında Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (CDC) bildirib.
Qeyd edilir ki, xəstələnənlərin sayı 1,5 min nəfərə çatır.
CDC-ın məlumatına görə, oktyabrın 15-də 24 ştatda 33 ölüm hadisəsi qeydə alınıb. Alyaska istisna olmaqla, "veypinq"lə bağlı xəstəliklər 49 ştatda aşkarlanıb.
Xəstəliyin səbəbi indiyə qədər məlum deyil. 
Daha əvvəl bildirilirdi ki, ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub. Həkimlər elektron siqaretdən istifadə edərək ciyər xəstəliyindən əziyyət çəkənlərdə pnevmoniyaya oxşar - öskürəyə, çətin nəfəsalma və sinə ağrıları əlamətlərini qeydə alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-30-dan-cox-insan-elektron-siqaretden-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR