"Zalsburq"un hücumçusu Erlinq Holand yeni rekorda imza atıb.
Milli.Az matc.az-a istinadənxəbər verir ki, norveçli forvard buna Çempionlar Liqasının qrup mərhələsinın III turunda "Napoli" ilə keçirilən qarşılaşmada nail olub.
Belə ki, komandasının 2:3 hesabı ilə məğlub olduğu görüşdə gənc oyunçu dubl edib. Bununla Holand cari mövsüm qrup mərhələsindəki qollarının sayını 6-ya çatdırıb. O, bununla karyerası ərzində Çempionlar Liqasındakı ilk 3 görüşündə 6 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Erlinq Holand "Zalsburq"a bu ilin əvvəlində 5 milyon avroya "Mölde"dən keçib.
Milli.Az