Salyanda minik avtomobili aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

Salyanda minik avtomobili aşıb, bir ailənin 3 üzvü xəsarət alıb
13:12 28 Oktyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Dayıkənd kəndi ərazisində qeydə alınıb. 
Belə ki, “Mitsubishi” markalı avtomobilin aşması nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1966-cı il təvəllüdlü Cabbarova Nərminə Əhəd qızı, 1989-cu il təvəllüdlü Cabbarova Həyat Vərağa qızı və 2014-cü il təvəllüdlü Cabbarov İbrahim Elmir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-minik-avtomobili-asib-bir-ailenin-3-uzvu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR