Pop musiqisinin kralı Maykl Ceksonun ölümünün üzərindən 10 il keçsə heyranlarından bəziləri məşhur sənətçinin hələ də həyatda olduğuna inanır.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, heyranların bu düşüncələrinə səbəb videolardan biri də ortaya çıxıb. İspan müğənni Sergio Kortes sosial mediada bir görüntü paylaşaraq Taylanddakı konserti haqqında məlumat verib.
Cortes dekabrın 23-də Pattayadakı tədbirə hər kəsi çağıraraq "Bütün Maykl Cekson heyranlarını salamlayıram. Gəlin və perdormansı izləyin. Hamınızı çox sevirəm və ümid edirəm görüşərik" deyib.
Video Cortesin gözlədiyindən daha çox yayılıb və Cekson heyranları yenidən məşhur sənətçinin həyatda olduğu düşüncələrini sosial mediada paylaşıb. Heyranlardan biri "Maykl Cekson yaşayır, bilirəm", digəri isə "başqa bir kimliklə həyatını davam etdirir" sözlərini yazıb.
https://metbuat.az/news/1282444/bedeni-getdikce-boyuyen-qadinin-xesteliyi-hekimleri-sok-etdi.html