"Liverpul" və "Borussiya"dan qələbə, Londonda qol şousu -

Dünən Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. Turnirin son qalibi "Liverpul" öz meydanında Belçika "Genk"ini qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Barselona" "Nou Kamp"da Çexiyanın "Slaviya" klubu ilə qolsuz bərabərə qalıb.

Bundan başqa, "Borussiya" (Dortmund) doğma meydanda "İnter"ə qalib gəlib - 3:2. "Çelsi" - "Ayaks" matçı isə 4:4 hesabı ilə başa çatıb.


E qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Genk" (Belçika) - 2:1
Qollar:
Viynaldum, 14 (1:0), Samata, 41 (1:1), Oksleyd-Çemberleyn, 53 (2:1)
Baş hakim: İvan Kruzlyak (Slovakiya)


00:00. "Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) - 1:1
Qollar:
Haaland, 11-pen (0:1), Lozano, 44 (1:1)
Baş hakim: Şimon Maçinyak (Polşa)


F qrupu

20:55. "Barselona" (İspaniya) - "Slaviya" (Çexiya) - 0:0
Baş hakim
: Maykl Oliver (İngiltərə)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) - 3:2
Qollar:
Martinez, 5 (0:1), Vesino, 40 (0:2), Hakimi, 51 (1:2), Brandt, 64 (2:2), Hakimi, 77 (3:2)
Baş hakim: Danni Makelie (Hollandiya)


G qrupu

20:55. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qollar:
Demme, 45, Sabitzer, 63
Baş hakim: Orel Qrinfeld (İsrail)

00:00. "Lion" (Fransa) - "Benfika" (Portuqaliya) - 3:1
Qollar:
Andersen, 4 (1:0), Depay, 33 (2:0), Seferoviç, 78 (2:1), Traoure, 89 (3:1)
Baş hakim: Byorn Kuypers (Hollandiya)


H qrupu

00:00. "Valensiya" (İspaniya) - "Lill" (Fransa) - 4:1
Qollar:
Osimhen, 25 (0:1), Pareyo, 66-pen (1:1), Soumaoro, 82-avtoqol (2:1), Kondoqbia, 84 (3:1), Torres, 90 (4:1)
Baş hakim: Sergey Karasyov (Rusiya)

00:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 4:4
Qollar:
Abraham, 2-avotoqol (0:1), Jorjinyo, 5-pen (1:1), Promes, 20 (1:2), Arrizabalaqa, 35-avtoqol (1:3), Van de Bek, 55 (1:4), Aspilikueta, 63 (2:4), Jorjinyo, 71-pen (3:4), Ceyms, 74 (4:4)
Qırmızı vərəqələr: Blind, 68, Veltman, 69-iki sarı vərəqə (hər ikisi "Ayaks")
Baş hakim: Canluka Rokki (İtaliya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR