Xudatda Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb

Xudatda Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb
14:07 9 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur. 
Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov "Report"a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: "Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik. Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq".






Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/xudatda-n-nerimanovun-bustu-baximsiz-veziyyete-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR