Boliviyada etiraz aksiyaları zamanı 383 nəfər xəsarət alıb

Boliviyada etiraz aksiyaları zamanı 383 nəfər xəsarət alıb
06:12 10 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyada keçirilən prezident seçkilərində Evo Moralesin qələbəsindən sonra başlanmış etirazların 19 günü ərzində 380-dən çox insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Səlahiyyətli Kabinetinə istinadən "Pagina Siete" nəşri bildirib.
Ombudsmanın hesablamalarına görə oktyabrın 21-dən noyabrın 8-dək dövrdə Boliviyanın müxtəlif şəhərlərində 383 insan xəsarət alıb. Onlardan 325-i kişi, 58-i qadındır. Zərərçəkənlər Moralesin və müxalifət partiyasının tərəfdarlarının arasında toqquşmaların gedişatında yaralanıblar.
Boliviyada etirazlar 20 oktyabrda keçirilmiş prezident seçkilərində səslərin hesablanmasından sonra başlayıb və bugünə kimi davam edir.
Ölkənin ən yüksək seçki orqanının məlumatlarına əsasən, birinci turda hazırkı prezident Morales qələbə qazanıb. Onun əsas rəqibi Karlos Mesa seçkilərin nəticələrini tanımayıb.
Morales ölkədəki kütləvi etirazları dövlət çevrilişinə cəhd adlandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviyada-etiraz-aksiyalari-zamani-383-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR