Qarın piylərindən xilas olun! - Pəhrizlər

Qarın piylərindən xilas olun! - Pəhrizlər
23:27 14 Noyabr 2019
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dadlı yeməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik. "3 günlük dünyadır" bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa vurmaq heç də parlaq fikir deyil. Yaxşı ki, pəhriz və idmanla qarında toplanmış xoşagəlməz yağları əritmək mümkündür. Bəzən  isə bu pəhrizlər, məşqlər olduqca baha başa gəlir.

Milli.Az medicina.az-a istinadən sizə evdə hazırlaya biləcəyiniz çox ucuz , heç bir əlavə zəhmət tələb etməyən və bir o qədər də ləzzətli olan pəhriz növlərini təqdim edir:

Soğan suyu
Soğanı bişən yeməklərdə geniş şəkildə istifadə etsək də, təəssüf ki, qoxusuna görə çiy formada elə də çox faydalana bilmirik. Artıq bu dərd yoxdur. Soğan suyu bədəndən toksinləri atmağa kömək edir. 1 litr suya iki soğanı 4 yerə bölərək atın və 5 dəqiqə qaynadın. İliq halda yeməkdən öncə için. Ən yaxşı nəticəni almaq üçün 6-8 həftə içmək lazımdır. Suyu təzə halda içmək lazımdır, bir gün belə gözlənilən məhluldan istifadə məsləhət görülmür.

Limonlu qatıq
Təmiz mineral su, yağsız qatıq və bir limonun suyu. Bəlkədə arıqlamaq üçün ancaq bu məhsullara ehtiyacın var? Bu qarışım xüsusi ilə qarın və bud nahiyəsindəki yağları əritmək üçün faydalıdır. 1 kasa qatıq, 1 limonun suyu və 1 şüşə suyu yaxşı-yaxşı qarışdırıb səhərlər ac qarına için.

Zəncəfil və darçınlı qatıq
Qatıq ən yaxşı pəhriz məhsullarının başında gəlir. Zəncəfil və darçınla birləşəndə isə gücü birə-beş artır. Bu məhsuldan gecə yatmamışdan öncə istifadə etmək məsləhətdir. Çünki orqanizm gecələr daha yaxşı yağ yandırır. Toz halındakı zəncəfil, darçını bir kasa qatıqla qatın. Yatmamışdan 3-4 saat öncə qəbul edin. Yatana qədər isə azı 3 stəkan suyu az-az için. Həftədə iki dəfə bu məhluldan istifadə edin. Hamilə qadınlar və süd verən analara məsləhət görülmür.

Acı istiotlu məhlul
Bizə lazım olan 3 qaşıq qırmızı pul bibər, 3 limon suyu və 3 stəkan isti sudur. Məhsulları bir qabda qarışdırın və gün nahardan sonra 3 stəkan için.

Xurmalı qatıq
Xurma tərkibindəki təbii şəkər sayəsində nəinki arıqladır, həm də bir çox xəstəliklərdən də qoruyur. Bu meyvə şirniyyat istəyini azaldır. Xüsusi ilə qatıqla birlikdə. Üç ədəd orta ölçülü xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın. Toxumu çıxardığınız xurmaları xırda-xırda doğrayın qatıq və darçınla qatın. Əks təsiri yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR