"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, "Universal" qəzetinə müsahibəsində qeyd edib.
"Mənim istefa haqqında ərizəm məclisdədir (qanunverici orqanda - red). Əgər Məclis onu qəbul etməsə, mən qayıdıram. İndi hiss edirəm ki, Boliviya sakitləşməyə qadirdir", - deyə Morales müsahibəsində bildirib.
Meksikada siyasi sığınacaq almış sabiq prezidentin sözlərinə görə, sülhü silahla gətirmək olmaz. "Boliviyaya sülhü dialoq gətirəcək, BMT-nin, katolik kilsəsinin və vasitəçi ölkələrin iştirakı ilə dialoq", - deyə o vurğulayıb.
Moralesin başçılıq etdiyi Boliviya hökuməti noyabrın 10-da istefaya gedib və sabiq prezident ölkəni tərk edib. Prezident səlahiyyətləri müvəqqəti olaraq Senatın müxalifətçi vitse-spikeri Janin Anyesə keçib.