Boliviyada toqquşmalarda azı 5 nəfər həlak olub, onlarla yaralı var

Boliviyada toqquşmalarda azı 5 nəfər həlak olub, onlarla yaralı var
04:52 16 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyanın Koçabamba şəhərində baş verən toqquşmalarda azı 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "La Razon" nəşri yazıb.
Qeyd edilir ki, hərbi qulluqçular və polis əməkdaşları Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarlarını şəhərə buraxmayıblar.
Nümayişçilərdən odlu silah və partlayıcı maddələr götürülüb.
"Biz sona kimi danışıqlar apardıq, amma nə vaxt ki, vəziyyət nəzarətdən çıxır, polis qarışmalı və ictimai asayişi bərpa etməlidir", - yerli polis departamentinin başçısı Hayme Surita bildirib.
Morales özünün "Twitter"dəki səhifəsində qeyd edib ki, polis Koçabambada onun tərəfdarlarını öldürür.
Xatırladaq ki, noyabrın 10-da prezident Evo Morales də daxil olmaqla, Boliviyanın bütün rəhbərliyi ölkədə etirazlar fonunda istefaya gedib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviyada-toqqusmalarda-azi-5-nefer-helak-olub-onlarla-yarali-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR