Gürcüstanda işsizlik azalıb

Gürcüstanda işsizlik azalıb
11:27 19 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin III rübündə Gürcüstanda işsizlik göstəricisi 11,1% təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki,bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkədə işsizlik 1,1% azalıb.
Gürcüstanın kənd yerlərində işsizlik səviyyəsi şəhərlərə nisbətən daha aşağıdır. Hesabat dövründə şəhər yerlərində işsizlik 16,6%, kənd yerlərində isə 5,5% olub.
Ölkədə qadınlar arasında işsizlik səviyyəsi 10,2%, kişilər arasında isə 11,9% təşkil edib. Həm qadınlar, həm də kişilər arasında bu göstəricidə illik müqayisədə 1,1% azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-issizlik-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR