Əfqanıstan prezidenti ölkə ordusu tərəfindən "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı quruplşmasında qalib gəldiklərini elan edib.
Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ölkəsində birdənədə İŞİD-çi qalmadığını bəyan edib. Prezident bildirib ki, hazırda Əfqanıstan cəzaçəkmə müəssisələrində yüzlərlə İŞİD-çi saxlanılır: "Əfqanıstanda saxlanılan İŞİD-çilər arasında Azərbaycan vətəndaşlarıda var. Pakistan, Özbəkistan, İran, Qazaxıstandan, Maldiv adalarından buraya terror törətməyə gələn xarici vətəndaşlarda var".
Milli.Az