Nəhəng gəmi battı - Yüzlərlə insan öldü

Nəhəng gəmi battı - Yüzlərlə insan öldü
12:52 21 Noyabr 2019
145 Dünya
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində göyərtəsində yüzlərlə insanın olduğu gəmi batıb.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, Liviya sahillərində baş verən hadisə zamanı 100-ə qədər insan həyatını itirib. Çox sayda insan itkin düşüb. Ərazidə olan balıqçılar boğulmaq üzrə olan 30 nəfəri sudan sağ çıxarıb.

Məlumata görə, hadisədən ilk xəbər tutan balıqçılar olub. Şahidlərin iddiasına görə, onlar hadisə barədə sahil-mühafizə xidmətinin əməkdaşlarına məlumat vermək istəsələr də, əlaqə qura bilməyiblər. Nəticədə balıqçılar özləri hadisəyə müdaxilə ediblər. Bildirilir ki, gəmidəki sərnişinlər qaçqınlar olub. Gəminin hansı istiqamət üzrə hərəkət etdiyi və göyərtədəki sərnişinlərin sayı dəqiqləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR