"Türkiyə NATO üçün önəmli bir ölkədir" -

NATO Baş katibi Con Stoltenberq Türkiyənin NATO üçün çox önəmli bir ölkə olduğunu bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq qeyd edib:

"Bunu anlamaq üçün xəritəyə baxmaq və Türkiyənin geostrateji vəziyyətini araşdırmaq yetərlidir. Bu fikir ayrılığı olan mövzuları müakirə etməyə mane olmayacaq. Bütün müttəfiqlər "Barış Pınarı" hərəkatını tənqid etdi, ancaq heç kim Türkiyənin NATO-dakı yerini sorğulamadı. Türkiyə müttəfiqlərinin bazalarından istifadə etmələrinə icazə verərək İŞİD ilə mübarizəyə qatıldı. Türkiyə NATO daxilində Suriya və İraq ilə sərhəd olan tək ölkədir. 3,6 milyon miqrant qəbul ediblər. Türkiyə NATO üçün çox önəmlidir."

O həmçinin deyib ki, NATO və Avropa Birliyi bir-birlərinə rəqib deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR