Ukraynada Azərbaycanın inkişaf yolu mexanizmi nümunə göstərilib

Ukraynada Azərbaycanın inkişaf yolu mexanizmi nümunə göstərilib
21:57 23 Noyabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Kiyevin məşhur İqtisadiyyat və Menecment İnstitutunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevin mühazirəsi dinlənilib.
"Report" xəbər verir ki, tələbələr və müəllim heyəti qarşısında çıxış edən R.Tağıyev "Ukraynanın daxili və xarici siyasəti, iqtisadiyyatı və Avropa ölkələri: problemlər və həlli yolları" adlı mühazirədə bir sıra təkliflər səsləndirib.
O, Ukraynanın Avropaya inteqrasiyasında, problemlərdən çıxış yolunda gənclərin yüksək rolunun vacibliyindən danışıb. Bununla bağlı nümunələr gətirən R.Tağıyev Vətəni Azərbaycanın son illər keşdiyi inkişaf yolunu, millətlərarası tolerantlığını və iqtisadi göstəricilərini misal çəkib. Mühazirədə qeyd edilən faktlar auditoriya tərəfindən maraqla qarşılanıb və sual-cavabla davam edib.
İnstitutda mühazirə ilə yanaşı, elmi konfrans da baş tutub. Hər iki toplantıda institutun direktoru Svetlana Nesteronka və dilomatik nümayəndələr iştirak edib. İnstitutun rəsmi internet bazasında BUAK rəhbərinə rəsmi təşəkkür elan olunub.








Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/ukraynada-azerbaycanin-inkisaf-yol-mexanizmi-numune-gosterilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR