Röya yeni klipini təqdim etdi - VİDEO

Röya yeni klipini təqdim etdi - VİDEO
13:48 29 Noyabr 2019
153 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci klipini təqdim edib.

Publika.az xəbər verir ki, sənətçinin bu dəfə ekranlaşdırdığı klip “Elə bilirdim” mahnısına çəkilib. Layihənin çəkilişi rejissor Fərhad Əliyə həvalə olunub. Ekran işi Bakının müxtəlif məkanlarında lentə alınıb.

Qeyd edək ki, “Elə bilirdim”in sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsusdur. Həmin bəstə “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Xatırladaq ki, Röya bu ayın əvvəlində təqdim etdiyi “Dedin yox” adlı layihəsinin çəkilişlərini də F. Əliyə həvalə etmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/297590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR