Türkiyə yeni xəritəsini yayımladı - FOTO

Türkiyə yeni xəritəsini yayımladı - FOTO
20:37 2 Dekabr 2019
152 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Liviya Milli hökumətinin Prezidenti Fayez əl-Sarac  arasında "Dəniz səlahiyyət sahələrinin məhdud edilməsinə dair anlaşma memorandumu"nun imzalanmasından bir neçə gün sonra yeni sərhədlərin xəritəsi yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorun köməkçisi səfir Çağatay Erciyes Türkiyənin Şərqi Aralıq dənizində qitə şelfini və iqtisadi zonasını göstərən xəritəni sosial mediada paylaşıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə, iki ölkə dəniz sahəsində bir-birilərinin iqtisadi zonalarını tanıyacaqlar.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR