Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda

Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda
00:15 11 Dekabr 2019
171 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "E" qrupunun son oyunları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" klubu Avstriyanın "Zalsburq" klubunun qonağı olub.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun son oyunundan sonra "Liverpul" qrupda 13 xalla birinci yerdə qərarlaşaraq 1/8 finala vəsiqə qazanıb. "Zalsburq" klubu isə 7 xalla qrupda 3-cü yerdə qərarlaşıb və UEFA Avropa Liqasının 1/16 finalına yollanıb.

Qrupun digər oyunu İtaliyanın "Napoli" klubu və Belçikanın "Genk" klubu arasında baş tutub. Oyun "Napoli"nin 4:0 hesablı qələbəsi ilə yükunlaşıb. "Napoli" qrupda 12 xal toplayaraq ikinci yerdə qərarlaşıb və 1/8 finala vəsiqə qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3161887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR