Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə bir araya gəldikdə Liviyaya hərbi dəstək məsələsini müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kremldən açıqlama gəlib.

Türkiyənin Liviyaya hərbi dəstək vermə ehtimalı ilə bağlı verilən açıqlamada yanvar ayında məsələnin yenidən gündəmə gətiriləcəyi vurğulanıb.