Putinlə Ərdoğan Liviyanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutacaq.

Metbuat.az xəbər verir ki. bu bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, dövlət başçıları Liviyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə edəcəklər.

“Moskva Liviyadakı qan tökülməsinin dayandırılmasının, müharibə edən tərəflər arasında birbaşa təmasların aparılmasının tərəfdarıdır və böhrandan çıxış yolu tapmaq baxımından istənilən beynəlxalq səyləri və ayrı-ayrı ölkələrin sülhün əldə edilməsi istiqamətində atacağı addımları dəstəkləyir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR