Rusiya və Fransa prezidentləri Ukrayna üzərindən qaz nəqlini müzakirə edib

Rusiya və Fransa prezidentləri Ukrayna üzərindən qaz nəqlini müzakirə edib
01:37 18 Dekabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya təbii qazının Ukrayna ərazisi üzərindən Avropaya nəqli məsələsi müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Suriya və Liviyadakı vəziyyəti də müzakirə ediblər. Qeyd olunub ki, mövcud böhranlar siyasi və diplomatik yolla həll edilməlidir.
Bildirilib ki, prezidentlər arasındakı telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-ve-fransa-prezidentleri-ukrayna-uzerinden-qaz-neqlini-muzakire

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR