2019-cu il məşhurların sevgi münasibətləri gözdən keçirilərək mükafatlandırılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 27 yaşlı amerikalı müğənni Mayli Sayrus mükafatlandırılıb. O, 10 il ərzində gah ayrılıb, gah barışdığı aktyor sevgilisi Liam Hemstvorthla 2018-ci ildə yenidən evlənib, lakin 7 ay sonra boşanıblar. Sayrus boşanma açıqlamasından bir gün sonra yeni sevgilisi ilə kameralara tuş gəlib. Cütlük boşanma qərarı almasına baxmayaraq Sayrusun ayrılmadan yeni eşq yaşaması dedi-qodulara səbəb olub. Buna görə də müğənni ''İlin ən pis həyat yoldaşı'' seçilib.

Belə ki, ''İlin ən çox sevgi etirafı edən cütlüyü'' isə oktyabr ayında təmtəraqlı toy edərək evlənən Castin Biber və Hailey Baldvin seçilib.

Milli.Az