Misir, Yunanıstan və Cənubi Kipr Türkiyəyə qarşı birləşib.

Publika.az xəbər verir ki, Türkiyənin Şimali Aralıq dənizindəki həmlələri 3 ölkəni bu addımı atamağ vadar edib.

Xarici İşlər nazirləri səviyyəsində toplanan ölkələr Türkiyənin Aralıq dənizindəki planlarını əngəlləmək məqsədilə atılacaq addımların koordinayası məsələsində razılaşma əldə ediblər. Belə ki, 3 ölkə bundan sonrakı işlərində birgə hərəkət edəcək və Türkiyənin regional fəaliyyətlərinin qarşısını almağa çalışacaq.

Türkiyə ordusu 3 ölkəni qorxuya saldı - Ankaraya qarşı İTTİFAQ

Bundan başqa, Cənubi Kiprin lideri Nikos Anastasiadis Misir prezidenti Əbdülfəttah Sisi ilə telefonda danışıb. Müzakirədə Türkiyənin Şərqi Aralıq dənizindəki addımları və Türkiyə-Liviya razılaşması gündəm olub. Görüşlə bağlı açıqlama verən Cənubi Kiprin hökumət sözçüsü Kyriacos Koushos liderlərin həmfikir qaldıqlarını açıqlayıb. O, Sisinin Türkiyənin Liviyaya göndərəcəyi ordunun bölgədə qeyri-sabitliyə səbəb olacağını söylədiyini qeyd edib.

Zümrüd